» » İlham Əliyev Lənkəranla bağlı daha 2 sərəncam imzaladı

İlham Əliyev Lənkəranla bağlı daha 2 sərəncam imzaladı

Bölmə: İqtisadiyyat
İlham Əliyev Lənkəranla bağlı daha 2 sərəncam imzaladıPrezident İlham Əliyev Lənkəran rayonunda çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Xalqinfo.az-ın məlumatına görə, sərəncama əsasən Lənkəran rayonunda 148 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə 3,66 milyon manat ayrılıb.

Dövlət başçısının imzaladığı digər sərəncama əsasən, Lənkəran rayonunun Şıxakəran kəndində 432 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler