» » Dördüncü illik Vergi Konfransı

Dördüncü illik Vergi Konfransı

Bölmə: İqtisadiyyat
Dördüncü illik Vergi KonfransıDekabr ayının 1-də Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) Vergilər Nazirliyi ilə birgə təşkil etdiyi “Vergi Sistemində Şəffaflıq və Əməletmə" mövzusunda dördüncü illik Vergi Konfransı keçirilib.
qafqazinfo-ya daxil olan məlumata görə, konfransı giriş sözü ilə açan AmCham-ın prezidenti İlqar Vəliyev tədbir iştirakçılarını salamlayaraq vergi orqanları ilə işgüzar dairələr arasında olan əməkdaşlığın genişləndirilməsinin və tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsinin vacibliyini vurğulamış, vergi sistemində aparılan islahatların və ölkənin vergi mühitinin cəlbediciliyinin artırılması istiqamətində görülən işlərin biznes dairələri tərəfindən diqqətlə izləndiyini qeyd edib. Bildirilib ki, maraq doğuran bir çox məsələlər barədə işgüzar dairələr və vergi orqanları arasında müzakirələrin keçirilməsinə xidmət edən vergi konfranslarının təşkili artıq ənənəvi xarakter alıb. İ.Vəliyev 4-cü Vergi Konfransının əsas məqsədinin vergi siyasəti və harmonizasiya, korporativ əməletmə və vergi sisteminin modernləşdirilməsi mövzularında dialoqun yaradılması olduğunu bildirib.

Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə ölkədə elektron hökumətin qurulmasının iqtisadi sistemin şəffaflaşmasına xidmət etdiyini vurğulamış, vergi inzibatçılığının təkmilləşdirilməsinin təkcə vergi orqanlarının fəaliyyətinə deyil, ümumilikdə vergi öhdəliklərinin yerinə yetirilməsinə və könüllü əməletmə səviyyəsinin artmasına müsbət təsir etdiyini bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler