» » Neft Fondu dünyanın ən nüfuzlu investorlarının “10-luğ”unda

Neft Fondu dünyanın ən nüfuzlu investorlarının “10-luğ”unda

Bölmə: İqtisadiyyat
Neft Fondu dünyanın ən nüfuzlu investorlarının “10-luğ”unda
Dövlət Neft Fondu dünyanın ən nüfuzlu 100 investoru siyahısında ilk onluğa düşüb.

Fonddan Xalqinfo.az-a bildirilib ki, seçimdə 2018-ci il dövlət vəsaitlərinin idarə olunması üzrə tətbiq edilən innovasiyalar, xüsusi proqramlar, maliyyələşdirmə mexanizmləri, gəlirlilik göstəriciləri kimi kriteriyalar əsas götürülüb.

“ARDNF Suveren Fondlar İnstitutunun “Public Investor 100” reytinqində 10-cu yerdə qərarlaşıb. Siyahıya mövcud şəraitdə vəsaitlərin idarə edilməsində fərqlənən dünyanın böyük suveren fondları, pensiya fondları, ianə fondları, mərkəzi bankları və s. təşkilatlar arasından seçilmiş ən nüfuzlu investorlar daxil edilib”, - məlumatda deyilir.

Qeyd edək ki, 2018-ci il iyunun 30-na ARDNF-in aktivləri 38 mlrd. 36,06 mln. dollar, investisiya portfeli 37 mlrd. 770,43 min dollar təşkil edib.

2018-ci ilin birinci yarısı ərzində fondun investisiya portfelinin 76,4%-i istiqrazlarda və pul bazarı alətlərində, 14,1%-i səhmlərdə, 6%-i daşınmaz əmlakda, 3,5%-i qızılda yerləşdirilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler