» » Azərbaycanda 6 bank 32 milyon zərərə düşdü

Azərbaycanda 6 bank 32 milyon zərərə düşdü

Bölmə: İqtisadiyyat
Azərbaycanda 6 bank 32 milyon zərərə düşdüBu ilin oktyabr ayının nəticələri üzrə bankların ümumi mənfəəti zərərlə işləyən bankların itkilərindən 12 dəfə çox olub. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının statistik hesabatında deyilir.

Hesabata əsasən, 36 bankın mənfəəti 393,63 milyon manat, 6 bankın zərəri isə 32,26 milyon manat təşkil edib ki, bu da bank sisteminə 361,37 milyon manat xalis mənfəət əldə etməyə imkan verib.

Sentyabr ayı ilə müqayisədə mənfəətlə işləyən bankların sayı dəyişməz qalıb, onların ümumi mənfəəti isə 12,95 faiz artıb. Zərərlə işləyən bankların sayı da dəyişməz qalıb, ümumi zərər isə 13,93 dəfə artıb.

2014-cü ilin oktyabrında ötən ilin analoji dövrü ilə müqayisədə ölkədə mənfəətlə işləyən bankların sayı dəyişməz qalıb, sektorun ümumi mənfəəti isə 31,5 faiz artıb. Bununla yanaşı, zərərlə işləyən bankların sayı 5-dən 6-dək, ümumi zərər isə 2,3 dəfə artıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler