“Bu il azı 600 kəndin yolunun əsaslı təmiri nəzərdə tutulub” - PrezidentBölmə: İqtisadiyyat
“Ölkəmizdə yol tikintisi geniş vüsət alıb. Bu il Dövlət İnvestisiya Proqramında ən azı 600 kəndin yolunun əsaslı təmir olunması nəzərdə tutulub. O cümlədən magistral yolların salınması, onların ən yüksək standartlara çatdırılması prosesi də gedir”.Xalqinfo.az xəbər verir ki, bu sözləri prezident İlham Əliyev sentyabrın 18-də Biləsuvara səfəri çərçivəsində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib. Dövlətimizin başçısı qeyd edib ki, bu gün ölkə əhəmiyyətli Bakı-Astara yolunun açılışı oldu. “Bu, çox gözəl yoldur. Deyə bilərəm ki, dünyanın ən yüksək standartlarına cavab verir, çox rahat, təhlükəsiz bir yoldur. Onu da qeyd etməliyəm ki, bu yol Bakıdan Astaraya olan məsafəni 40 kilometr qısaldır, çünki yolun məcrası dəyişib. Beləliklə, vətəndaşlar daha rahat gedib-gələ biləcəklər”, - deyə prezident İlham Əliyev bildirib. |
XƏBƏR LENTİ
10.03.24 10:58 | “Toplum TV” üzərindən yarım milyondan çox vəsait qeyri-qanuni Azərbaycana çatdırılıb
10.03.24 10:38 | Trampın Ukrayna ilə bağlı gizli planı – Bild
10.03.24 10:35 | Zaur Baxşəliyev, Lalə Azərtaş, Tolik, Xoşqədəm Baxşəliyeva, Elgiz Əkbər və Zaur Kamalla bağlı ŞOK YAZI
10.03.24 10:30 | Deputatın oğlu işdən çıxarıldı
10.03.24 10:25 | Tokayev sabah Bakıya gəlir
|