» » Prezident 3 milyon manat ayırdı

Prezident 3 milyon manat ayırdı

Bölmə: İqtisadiyyat
Prezident 3 milyon manat ayırdıPrezident İlham Əliyev Bayıl-Bibiheybət-Lökbatan kollektorunun inşası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Xalqinfo.az-ın məlumatına görə, sərəncamda bildirilir ki, əhalinin keyfiyyətli içməli su, eləcə də kanalizasiya xidmətləri ilə təmin edilməsi sosial siyasətin əsas hədəflərindəndir. Bu baxımdan, respublikanın bütün regionlarında yerləşən yaşayış məntəqələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və təkmilləşdirilməsi, əhaliyə göstərilən xidmətlərin sabitliyinin və keyfiyyətinin artırılmasına xidmət edən layihələrin icrası müvəffəqiyyətlə davam etdirilir. İcra olunan layihələr çərçivəsində kanalizasiya sisteminin genişləndirilməsi və yenidən qurulması istiqamətində mövcud kanalizasiya şəbəkə və qurğularının cari təmiri, təmizlənməsi, təftişi, yeni kanalizasiya kollektorlarının inşası işlərinə xüsusi diqqət yetirilir.

Bakı şəhərinin Bayıl, 20-ci sahə, Şıx qəsəbələrində formalaşan tullantı sularının nəql edilməsi, Bakı körfəzinə dənizkənarı zonadan tullantı sularının axmasının qarşısını almaq üçün Bayıl-Bibiheybət-Lökbatan kollektorunun inşası məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 3 milyon manatı "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler