» » Azərbaycan məhsulları Parisdə nümayiş olunacaq

Azərbaycan məhsulları Parisdə nümayiş olunacaq

Bölmə: İqtisadiyyat
Azərbaycan məhsulları Parisdə nümayiş olunacaqBu gün Bakı Biznes Mərkəzində keçirilmiş İxracatçılar Klubunun növbəti iclasında 21-25 oktyabr tarixlərində Fransanın paytaxtı Parisdə təşkil ediləcək “Sial Paris” sərgisində iştirak edəcək Azərbaycan şirkətlərinin nümayəndələri ilə müzakirələr aparılıb.

Xalqinfo.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılağı ilə keçirilən tədbirdə qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 20-dən çox şirkətin təmsilçisi iştirak edib.

İclasda Azərbaycan istehsalı olan məhsulların ixracının genişləndirilməsi istiqamətində görülən işlərin önəmi, “Made in Azerbaijan” brendinin təbliği üçün dövlətin maliyyə dəstəyi ilə bu il də dünyanın müxtəlif ölkələrində bir çox sərgi və digər formatlı tədbirlərin keçiriləcəyi vurğulanıb.

İxracatçılar Klubunun icraçı direktoru Zöhrab Qədirov xarici ölkələrdə təşkil olunan beynəlxalq sərgilərin, o cümlədən “Sial Paris” Sərgisinin Azərbaycan məhsullarının “Made in Azerbaijan” brendi altında tanıdılması, yerli məhsulların ixracının genişləndirilməsi üçün əhəmiyyətindən danışıb.

Tədbirdə yerli şirkətlərin xarici bazarlara və ixrac prosedurlarına dair sualları cavablandırılıb.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler