» » Komitə büdcə öhdəliyini artıqlamasıyla yerinə yetirib

Komitə büdcə öhdəliyini artıqlamasıyla yerinə yetirib

Bölmə: İqtisadiyyat
Komitə büdcə öhdəliyini artıqlamasıyla yerinə yetirib“2018-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişikliklər edilməklə 2018-ci il üzrə Dövlət Gömrük Komitəsi üçün ilkin proqnozlaşdırılan 2 milyard 430 milyon manat proqnoz 760 milyon manat artırılaraq ümumilikdə 3 milyard 190 milyon manat təşkil etməklə 01 iyul 2018-ci il tarixindən başlayaraq yeni proqnoz göstəriciləri əsasında büdcə öhdəliyinin yerinə yetirilməsi icraya götürülüb.

Xalqinfo.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün keçirdiyi mətbuat konfransında deyib. O, qeyd edib ki, dürüstləşmə nəzərə alınmadan 2018-ci ilin 8 ayı ərzində 1 milyard 569 milyon 780 min manat proqnoza qarşı faktiki yerinə yetirmə 2 milyard 270 milyon 964 min manat təşkil etməklə büdcə öhdəliyinə 144,67 faiz və ya 701 milyon 184 min manat artıq əməl olunub.

Dürüstləşmədən sonra artım nəzərə alınmaqla büdcə öhdəliyi 2 milyard 131 milyon 45 min manat təşkil etməklə faktiki toplanan 2 milyard 270 milyon 964 min manat gömrük vergi və rüsumlarına nisbətdə 106,57 faiz və ya 139 milyon 919 min manat artıq icra olunub”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler