» » Vahid Ələkbərovun gəlirləri azalıb, xərcləri isə Azərbaycana görə artıb

Vahid Ələkbərovun gəlirləri azalıb, xərcləri isə Azərbaycana görə artıb

Bölmə: İqtisadiyyat, BLOK XƏBƏR
Vahid Ələkbərovun gəlirləri azalıb, xərcləri isə Azərbaycana görə artıbRusiyanın “LUKoil” şirkətinin mühasibləri bu ilin 9 ayına dair xərclərin və gəlirlərin hesabatını təqdim ediblər.

Virtualaz.org saytı xəbər verir ki, azərbaycanlı maqnat Vahid Ələkbərovun şirkətinin xərcləri artıb, gəlirləri isə azalıb. Belə ki, şirkət həmin müddət ərzində Qana, Syerra-Leone və Kot-d`İvuarda geoloji kəşfiyyat işlərinə 347 milyon dollar sərf edib. Ötən il həmin xərclər 277 milyon dollar təşkil etmişdi.

Şirkətin bu ilin 9 ayı ərzində təmiz gəlirləri 26,3 faiz azalaraq 5,7 milyard dollar təşkil edib. Üstəlik neftin qiymətinin ucuzlaşması ilə əlaqədar “LUKoil”un üçüncü rübdə gəlirləri daha kəskin - 1,9 dəfə azalaraq 1,6 milyard dollar olub. Bununla belə ilin doqquz ayında şirkətin satışdan əldə etdiyi vəsait 7 faiz artıb və 112,9 milyard dollar təşkil edib.

Şirkət gündə 2,3 milyon barrel neft hasil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 4,6 faiz çoxdur.

Hesabatda göstərilir ki, şirkətin əsaslı xərcləri də ötən ilin eyni dövrünə nisbətən 11 faiz artaraq 927 milyon dollar olub. Rusiyada xərclərin artması qazma işlərinin həcminin artması ilə bağlıdır.

Xaricdə xərclərin artmasına isə “LUKoil”un Azərbaycanın “Şahdəniz” qaz yatağının ikinci fazasında işləri ilə əlaqəlidir. Həmçinin Qana və Rumıniyada yeni layihələrə görə xərclər artıb. “LUKoil” “Şahdəniz”də10 faizlik paya malikdir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler