» » Bu gün hərrac olacaq

Bu gün hərrac olacaq

Bölmə: İqtisadiyyat
Bu gün hərrac olacaqİyulun 11-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Xalqinfo.az xəbər verir ki, hərraca çıxarılan notların həcmi 250 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür. Notlar avqustun 8-də ödəniləcək.

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır.

Hərrac zamanı notların buraxılışının 20 faizdən artıq olmamaq şərtilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Mərkəzi Bankın qısamüddətli notlarının alıcıları yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar ola bilər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler