» » Bu ilin ilk yarısında Azərbaycan iqtisadiyyatı 1,3% artdı

Bu ilin ilk yarısında Azərbaycan iqtisadiyyatı 1,3% artdı

Bölmə: İqtisadiyyat, BLOK XƏBƏR, MANŞET
Bu ilin ilk yarısında Azərbaycan iqtisadiyyatı 1,3% artdı"Yeni iqtisadi şəraitə uyğun həyata keçirilən rasional makroiqtisadi siyasət, aparılan köklü islahatlar, görülən sistemli tədbirlər qlobal və regional risklərin neytrallaşdırılmasına imkan yaradıb, valyuta ehtiyatlarımız maliyyə risklərinin qabaqlayıcı rejimdə idarə edilməsində əhəmiyyətli rol oynayıb, ölkəmizdə sosial proqramların icrası davam etdirilib”.

Xalqinfo.az xəbər verir ki, bunu iyulun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin müəyyən etdiyi strateji xəttə əsaslanaraq dayanıqlı iqtisadi inkişafın təmin olunması məqsədilə çevik, adekvat addımlar atılıb, kompleks islahatların həyata keçirilməsi nəticəsində makroiqtisadi sabitlik möhkəmləndirilib, biznes və investisiya mühiti daha da yaxşılaşdırılıb, iqtisadiyyatın şaxələndirilməsi, regionların və sahibkarlığın inkişafı sürətlənib, qeyri-neft ixracı artıb.

"Aparılan genişmiqyaslı iqtisadi islahatların nəticəsində, bu ilin birinci yarısında ümumi daxili məhsul 1,3 faiz, qeyri-neft sektoru 2 faiz artıb, inflyasiya birrəqəmli olmaqla 3 faiz təşkil edib. İqtisadiyyatın şaxələndirilməsində xüsusi rolu olan qeyri-neft sənayesində 8,8 faiz, kənd təsərrüfatında 7,6 faiz, informasiya və rabitə xidmətlərində 4,9 faiz, ticarətdə 2,5 faiz artıma nail olunub”.

Nazir bildirib ki, ötən altı ayda dövlət büdcəsinin gəlirləri 9,8 milyard manat, xərcləri 9,5 milyard manat olub. Qeyri-neft sektoru üzrə dövlət büdcəsinə 4,1 milyard manat vəsait daxil olub ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 275 milyon manat və ya 7,3 faiz çoxdur.

Ş.Mustafayev əlavə edib ki, iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 6,3 milyard manat əsas kapitala investisiya yönəldilib. Əsas kapitala yönəldilən vəsaitlər qeyri-neft sektoru üzrə 22 faiz, qeyri-neft sənayesi üzrə isə 69 faiz artıb: "Əhalinin gəlirləri 9,3 faiz artmaqla inflyasiyanı 6,3 faiz üstələyib. Orta aylıq əməkhaqqı illik müqayisədə 4 faiz yüksəlib, əhalinin sosial müdafiəsinə xüsusi diqqətiniz sayəsində dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda çalışanların əməkhaqqı, həmçinin pensiya və müavinətlər artıb.

Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik, Dünya Bankının "Doing Bussiness” hesabatları və 2018-ci il İnklüziv İnkişaf İndeksi üzrə ölkəmizin mövqeyinin yaxşılaşması, cənab Prezident, rəhbərliyinizlə aparılan məqsədyönlü və gələcək tərəqqiyə hesablanmış iqtisadi siyasətin, görülən genişmiqyaslı işlərin məntiqi nəticəsidir.Bilavasitə təşəbbüskarı və müəllifi olduğunuz beynəlxalq və regional əhəmiyyətli strateji layihələrin reallaşdırılması Azərbaycanın dünyada söz sahibi olması və etibarlı tərəfdaş statusunu daha da möhkəmləndirir. Bu yaxınlarda rəsmi açılışı olan "Cənub Qaz Dəhlizi” və TANAP qlobal mənada dünyanın enerji xəritəsini dəyişən strateji layihələrdir”, - deyə nazir vurğulayıb.
Whatsapp

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler