» » Külli miqdarda pul oğurlayan bankirin həbs xəbəri yayıldı

Külli miqdarda pul oğurlayan bankirin həbs xəbəri yayıldı

Bölmə: İqtisadiyyat, BLOK XƏBƏR, MANŞET
Külli miqdarda pul oğurlayan bankirin həbs xəbəri yayıldı“GünayBank”ın keçmiş sədr müavini, bankda qeyri-leqal pul dövriyyəsi sxemi qurub onlarla adamın 100 milyon manata yaxın vəsaitini mənimsəməkdə günahlandırılan Emin Zeynalov saxlanılıb.

Xalqinfo.az Virtualaz.org-a istinadən xəbər verir ki, onu DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tapıb yaxalayıblar.

Emin Zeynalovun ötən ilin aprelində “GünayBank” ASC-nin idarə heyətinin sədr müavini təyin edilməsindən sonra banka uçota alınmayan on milyonlarla manat vəsait cəlb etdiyi və bu qeyri-leqal depozitlərə görə sahiblərinə hər ay 1-3 faiz pul ödədədiyi, amma bir müddət sonra vəsaitlərlə birlikdə yoxa çıxdığı haqda saytımız bir neçə gün əvvəl yaymışdı. Məlumatlara görə Zeynalov pulları online valyuta birjası “Forex”-ə yatırıb və iri məbləğdə ziyana düşüb. Onun bankın Müşahidə Şurasının sədri və səhmlərinin 90 faizə yaxınının sahibi Mahmud Məmmədova da milyonlarla manat borcu yaranıb. Zərərçəkənlər Zeynalovun barəsində hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Lakin bu məlumatlar və qeyri-leqal pul dövriyyəsi sxemi haqda mətbuatda yazılanlardan sonra E.Zeynalov ötən gün saytlardan birinə açıqlama verib. Deyib ki, barəsində yayılan məlumatlara görə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət edib və “tədbir görülməsini” istəyib. İndi isə məlum olur ki, idarə bu irimiqyaslı maxinasiyaya yol vermiş bankirin özünü saxlayıb.

Qeyd edək ki, “Günay Bank”ın Müşahidə Şurasının sədri Mahmud Məmmədov "Qafqazinfo"ya açıqlamasında E. Zeynalovun bankdan əmanətçilərin 100 milyona yaxın vəsaitinin oğurlamasını təkzib etmişdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler