» » "Jurnalistlərə özüm dərs deyəcəm, əhalini çaşdırırlar" -

"Jurnalistlərə özüm dərs deyəcəm, əhalini çaşdırırlar" - Baş bankir

Bölmə: İqtisadiyyat
"Jurnalistlərə özüm dərs deyəcəm, əhalini çaşdırırlar" - "Manatın təkrar devalvasiyasını gözləmirik”.

Xalqinfo.az xəbər ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov jurnalistlərə bildirib.

O vurğulayıb ki, bu gün Azərbaycan neftinin dünya bazarında orta qiyməti 70 dollardır və bu göstərici isə ötən ilə nisbətən 30 faiz yüksək deməkdir. BM sədri hesab edib ki, neftin qiymətinin yüksək olması səbəbindən ölkəmizə 2.1 milyard vəsait daxil olub.

E.Rüstəmov deyib ki, əgər neftin qiyməti yüksək qalarsa, idxal-ixrac əməliyyatları lazımi səviyyədə həyata keçirilərsə, bu baş verməyəcək: "Starteji valyuta ehtiyatları artırsa, daxili bazarda təklif tələbi üstələyir. Manatın məzənnəsi üçün əsas şərt neftin qiymətidir. Həmişə bu balansa diqqət etmək lazımdır. Lakin məzənmə bizim əsas hədəfimiz deyil, əsas hədəfimiz inflyasiyadır. Qonşu ölkələrdə 5-6 faiz kurs üzməsi baş verəndə, siz bunu devalvasiya hesab edirsiz? Bu devalvasiya deyil. Bizim fevral (21 fevral 2015) və dekabr (21 dekabr 2015) ayında etdiklərimiz devalvasiya idi, mən bunu deyirəm. Amma səbəb o idi ki, neftin qiyməti 3 dəfə düşmüşdü. Manatın üzməsi devalvasiya deyil, valyuta çevikliyidir. Hazırda kəskin devalvasiya gözlənilmir, çünki heç bir əsas yoxdur. Təklif tələbi 2,1 milyard dollar üstələyir".

E.Rüstəmov həmçinin deyib ki, mətbuatın bu prosesi düzgün işıqlandırmaması, ehtiyatsız istifadə edilən sözlər əhalini çaşdırır:

"Bəzən jurnalistlər devailvasiya ilə, üzən məzənnəni qarışıq salırlar. Üzən məzənnə devalvasiya demək deyil. Təklif edirəm ki, gələn ay şəxsən özüm iştirak etmək şərti ilə, jurnalistlərə seminar keçirək. Özüm seminarlarda iştirak edəcək və jurnalistlərə lazımi olan məlumatları verəcəm. Jurnalistlər xəbərləri bəzən elə həyacanlı oxuculara təqdim edirlər ki, elə bil ki, nəsə baş verib. Devalvasiya ilə, üzən məzənnəni ayırmaq lazımdır. Bu işlərə düzgün, nəzəri, metodoloji, praktiki qiymət verə bilməməniz bəzən əhali arasında həyacana səbəb olub. Biz də, siz də məsuliyyətli işlə məşğul oluruq. Bəzən ehtiyatsız olan sözlər, düzgün olmayan gözləntilər formalaşdırmaqla, proseslərə lazım olmayan neqativ təsir göstərirsiniz".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler