» » Dövlət Gömrük Komitəsində dəyişikliklər olacaq -

Dövlət Gömrük Komitəsində dəyişikliklər olacaq - Rəsmi

Bölmə: İqtisadiyyat
Dövlət Gömrük Komitəsində dəyişikliklər olacaq - "Azərbaycanda gömrük qanunvericiliyi təkmilləşdiriləcək”.

xalqinfo.az-ın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin Hüquqi təminat şöbəsinin rəisi Sənan Muxtarov bildirib.

Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsi gömrük qanunvericiliyinə yeni düzəlişlər üzərində işləyir. O bildirib ki, təkliflər hələlik müzakirə mərhələsindədir: "Təkliflərin sistemləşdirilməsindən sonra baxılması üçün gömrük rəhbərliyinə göndəriləcək”.

S. Muxtarov qeyd edib ki, qanunvericiliyin təkmilləşdirilməsi gömrük sənədləşməsində sənədlərin azalmasına, gömrük prosedurlarının və gömrükdən keçid vaxtının azalmasına və sadələşdirilməsinə səbəb olacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler