» » Bakıdan Batumi, İstanbul və Ankaraya qatarlar işləyəcək

Bakıdan Batumi, İstanbul və Ankaraya qatarlar işləyəcək

Bölmə: İqtisadiyyat
Bakıdan Batumi, İstanbul və Ankaraya qatarlar işləyəcək "Azərbaycan Dəmir Yolları” QSC-də "İtaliya Milli Dəmir Yolları”nın Beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Covanni Rokka və Italiyanın "MERCİTALİA İNTERMODAL” şirkətinin nümayəndələri ilə görüş keçirilib.

Xalqinfo.az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək Azərbaycanın nəqliyyat-logistika imkanları, Bakı -Tbilisi – Qars, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, "Şimal-Cənub”, Cənub-Qərb nəqliyyat dəhlizləri barədə ətraflı məlumat verib. O, bildirib ki, gürcüstanlı və türkiyəli həmkarlarımızla məsləhətləşmələr aparırıq ki, gələcəkdə Batumiyə, eləcə də İstanbula və Ankaraya qatarların işləməsini təmin edək. Bu, iqtisadi münasibətlərin möhkəmlənməsi çox əhəmiyyətli olardı.

Görüş iştirakçıları hər iki şirkətin təqdimatlarına baxıblar. Sonra potensial müştərilərə (Avropa-İtaliya-Türkiyə-Azərbaycan-son təyinat məntəqəsi və əks istiqamətdə) təqdim ediləcək qərarlar; Qiymət, tranzitin vaxtı və kontraktlar və Bazarda birgə irəliləmək üçün atılacaq addımlar müzakirə edilib.

Görüşdə ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

"İtaliya Milli Dəmir Yolları”nın Beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Covanni Rokka bildirib ki, Azərbaycanın logistik mərkəzə çevrilməsi üçün poensial imkanları çoxdur.

Sonda anlaşma memorandumu imzalanıb.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler