» » Bu quruma 81 milyon manat ayrılacaq

Bu quruma 81 milyon manat ayrılacaq

Bölmə: İqtisadiyyat, BLOK XƏBƏR, MANŞET
Bu quruma 81 milyon manat ayrılacaq2018-ci ilin dövlət büdcəsindən "Azerenerji” ASC-yə 81,4 mln. manat vəsait ödəniləcək.

Xalqinfo.az apa-ya istinadən xəbər verir ki, bu, "2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, "Səngəçal” modul tipli elektrik stansiyasının yaxınlığındakı sahədə tikintisi nəzərdə tutulan 385 kilovatlıq istilik elektrik stansiyası üçün avadanlıqların satınalınmasının həyata keçirilməsi və bununla bağlı texniki dəstəyin göstərilməsi ilə əlaqədar imzalanmış müqavilələr üzrə Finlandiyanın "Wartsila” şirkəti qarşısında yaranmış öhdəliyə görə qalıq borcun ödənilməsi ilə əlaqədar "Azerenerji” ASC-nin nizamnamə kapitalının artırılması üçün 81,4 mln. manat vəsait yönəldiləcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler