» » Azərbaycan və Latviya dəmiryolçuları Bakıda görüşdülər

Azərbaycan və Latviya dəmiryolçuları Bakıda görüşdülər

Bölmə: İqtisadiyyat
Azərbaycan və Latviya dəmiryolçuları Bakıda görüşdülər "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində "Latviya Dəmir Yolu” SC-nin prezidenti – idarə heyətinin sədri Edvins Berzinşin başılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Xalqinfo.az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək dəmir yolunda həyata keçirilən islahatlar, ölkənin tranzit potensialının artırılmasında mühüm rol oynayan Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Şərq-Qərb, Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin icra vəziyyəti, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun fəaliyyətinin daha da gücləndirilməsi və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.

Sonra İkitərəfli qarşılıqlı əməkdaşlıq əlaqələrinin müzakirəsi aparılıb.

"Latviya Dəmir Yolu” SC-nin prezidenti – idarə heyətinin sədri Edvins Berzinş çıxış edərək ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirib.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler