» » Neftimizin qiyməti 80 dollara çatır

Neftimizin qiyməti 80 dollara çatır

Bölmə: İqtisadiyyat
Neftimizin qiyməti 80 dollara çatırCIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 15-də 79,28 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,67 dollar/barel çoxdur.

Xalqinfo.az xəbər verir ki, bu barədə trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 15-də 78,65 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,67 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 15-də 75,06 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,66 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə mayın 15-də 78,76 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,68 dollar/barel çoxdur.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler