» » Milli Məclisin gələn ilki xərci – 23 milyon

Milli Məclisin gələn ilki xərci – 23 milyon

Bölmə: İqtisadiyyat, MANŞET
Milli Məclisin gələn ilki xərci – 23 milyonMilli Məclis özünün gələn ilki xərclər smetasını müzakirə edib.

Xalqinfo.az qafqazinfo-ya istinadən xəbər verir ki, xərclər smetası barədə məlumat verən Milli Məclisin İşlər İdarəsinin müdiri Firudin Hacıyev bildirib ki, Milli Məclis və Aparatının saxlanılması üçün 2015-cu il üzrə xərclərin 23 milyon 357 min 94 manat olması nəzərdə tutulub. Bunun 69,7 faizinin əmək haqlarına xərclənilməsi planlaşdırılır. Layihədə ezamiyyə xərclərinə 1 milyon 473 min 900 manat ayrılıb. Rabitə xərcləri üçün isə 240 min manat vəsait nəzərdə tutulub.

Həmçinin F. Hacıyev əlavə edib ki, 2014- cü ildə Milli Məclisin avtoparkına müxtəlif markalı minik avtomobilləri alınaraq istifadəyə verilib. Milli Məclisə gələn nümayəndə heyətlərinin mehmanxana xərclərinin və digər alış xidmətləri yarımmmaddəsinə 980 min manat vəsait nəzərdə tutulub.

F. Hacıyev maliyyə naziri Samir Şərifovdan ayrılan vəsaitin çatışmamazlığını nəzərə alaraq göstərilən bəzi maddələr üzrə 2015- ci ilin xərclər smetasında rəqəmsal tv kanalının qəbuledicisinin alınıb quraşdırılması və abunə haqlarının ödənilməsini və digər alışlar, xidmətlər maddəsinə 50 min manat, Milli Məclisin avtoparkının maddi- texniki bazasının yaxşılaşdırılması məqsədilə avtomaşınların nəqliyyat vasitələri alınması maddəsinə 400 min manat, inzibati binada quraşdırılımış sərnişin liftlərini elektrik yükü ilə təmin etmək üçün bir ədəd ups alınıb quraşdırılmasına 50 min manat vəsait ayrılmasına köməklik göstərməyi xahiş edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler