» » Yeni növ avtomobil və gəmi yanacağı istehsal ediləcək -

Yeni növ avtomobil və gəmi yanacağı istehsal ediləcək - Azərbaycanda

Bölmə: İqtisadiyyat
Yeni növ avtomobil və gəmi yanacağı istehsal ediləcək -"SOCAR Methanol” şirkəti istehsalat xəttini genişləndirmək niyyətindədir.

Xalqinfo.az-ın trend-ə istinadən məlumatına görə, bunu şirkətin direktoru Elnur Mustafayev deyib.

E.Mustafayev bildirib ki, hazırda "SOCAR Methanol” zavodunda texniki və analitik metanol istehsal olunur:

"Biz qısamüddətli perspektivdə əlavə dəyərin yaradılması üçün istehsal olunan məhsul xəttini genişləndirmək istəyirik. Söhbət həm də mühərrik yanacağı və formaldehid qismində metanol istehsalından gedir”.

Şirkət direktoru qeyd edib ki, metanol mühərrik yanacağı qismində avtomobillərdə və gəmilərdə istifadə oluna bilər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler