» » Azərbaycanda kəndlərdə kanalizasiya şəbəkəsi yaradılacaq

Azərbaycanda kəndlərdə kanalizasiya şəbəkəsi yaradılacaq

Bölmə: İqtisadiyyat
Azərbaycanda kəndlərdə kanalizasiya şəbəkəsi yaradılacaqAzərbaycanda içməli suyun keyfiyyət standartı hazırlanacaq.Xalqinfo.az lent.az-a istinadən bildirir ki, bu, 2014-2025-ci illəri əhatə edən “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı”nda nəzərdə tutulub.

Əhalinin istifadə etdiyi məişət-içməli su üzərində dövlət nəzarəti də gücləndiriləcək. Mərkəzləşdirilmiş su təchizatı ilə əhatə edilməyən şəhərlərin, qəsəbə və kəndlərin, digər yaşayış məntəqələrinin su təchizatı sistemlərinin yaradılacaq və yenidən qurulması üzrə tədbirlər həyata keçiriləcək.
Şəhərlərdə, qəsəbə və kəndlərdə, digər yaşayış məntəqələrində kanalizasiya şəbəkəsinin yaradılacaq və yenidən qurulacaq. Bütün yaşayış məntəqələrinin çirkab sutəmizləyici qurğularla təchiz edilməsi üzrə tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulub.
Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədi ilə subartezian quyularının qazılması sahəsində müvafiq tədbirlər həyata keçiriləcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler