» » Prezidentliyə namizədlər maliyyə hesabatı verəcək

Prezidentliyə namizədlər maliyyə hesabatı verəcək

Bölmə: İqtisadiyyat
Prezidentliyə namizədlər maliyyə hesabatı verəcək
Azərbaycanda aprelin 11-ə təyin edilən prezident seçkilərində qeydə alınmış namizədlər ikinci ilkin maliyyə hesabatını sabahdan etibarən Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir.

Xalqinfo.az Trend-ə istinadən xəbər verir ki, Prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiya, siyasi partiyalar blokunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri ikinci ilkin maliyyə hesabatını səsvermə gününə ən tezi 20 gün qalanadək, yəni martın 22-dən, ən geci 10 gün qalanadək, yəni aprelin 1-ə dək təqdim etməlidir.

Qeyd edək ki, Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Prezident seçkilərini 115 beynəlxalq, 42 mindən çox isə yerli müşahidəçi izləyəcək.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler