» » Neft şirkətlərində əcnəbilərin qanunsuz əməlləri -

Neft şirkətlərində əcnəbilərin qanunsuz əməlləri - Şərh

Bölmə: İqtisadiyyat
Neft şirkətlərində əcnəbilərin qanunsuz əməlləri -“Azərbaycan Respublikasında fəaliyyət göstərən bir çox xarici şirkətlər, xüsusilə neft şirkətləri Əmək Məcəlləsinin və digər qanunverici sistemlərin tələblərinə məhəl qoymur”.

Xalqinfo.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı Feysbuk səhifəsinə yazıb.

Komitə sədri qeyd edib ki, şirkətlərdə yaranmış vakansiyalara yerli işçilər deyil, xarici mütəxəssislər təyin olunurlar:

“Belə hallara ölkəmizdə fəaliyyət göstərən əksər şirkətlərdə rast gəlmək olar. Yerli mütəxəsislər isə ölkədə işlə təmin olunmadıqları üçün öz bilik və bacarıqlarını başqa ölkələrin inkişafına yönəldirlər.

Buna misal olaraq Bahar Enerji ƏŞ-ni göstərmək olar. Təşkilata daxil olan məlumata görə, şirkət 2015-ci il yanvar ayından kütləvi ixtisarlar aparacaq. Təəssüf ki, bu ixtisarlar ancaq yerli işçilərə şamil olunacaq. Son zamanlar Bahar Enerji ƏŞ-də aparılan qazma işləri müsbət nəticə vermədiyi üçün şirkətdə struktura daxil olan Qazma şöbəsi ləğv edildi. Amma buna baxmayaraq, şirkət qazma üzrə xarici mütəxəssis işə qəbul etmişdi. Sual olunur: Azərbaycanda belə mütəxəssilər yoxdurmu? ARDNŞ belə məsələlərə niyə münasibət bildirmir?”

M.Qəhrəmanlı əlavə edib ki, xaricdən dəvət olunan mütəxəsislərin bəzilərinin vergidən yayınma halları da baş verir:

“Bəzi şirkətlərdə yüksək əməkhaqqı alan xarici mütəxəsislərin ölkəmizdə ödəniləcək vergidən yayınması üçün şərait də yaradılır. Belə ki, onlarla əmək müqavilələri 3 ay (90 gün) müddətinə bağlanır. Müəyyən müddətdən - ölkəyə çıxış-giriş etdikdən sonra onlarla yenidən həmin müddətə əmək müqaviləsi bağlanır. Bu, mütəmadi xarakter daşıyır. Əgər ciddi yoxlanış aparılsa, külli miqdarda vergidən yayınma halları müşahidə oluna bilər. Onu da qeyd edirəm ki, ölkədə müvafiq tələblərə cavab verən yerli işçilər olduğu halda xaricdən mütəxəssislərin cəlb olunması qəti qadağandır. Doğurdanmı ölkəmizdə mütəxəsis qıtlığı var?”

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler