» » Prezident 10 milyon manat ayırdı-Sərəncam

Prezident 10 milyon manat ayırdı-Sərəncam

Bölmə: İqtisadiyyat, BLOK XƏBƏR, MANŞET
Prezident 10 milyon manat ayırdı-SərəncamAzərbaycan
Xalqinfo .az xəbər verir ki, Prezidenti İlham Əliyev Bakı şəhərində Zığ Gəmi Təmiri Zavodunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Bakı şəhərində Zığ Gəmi Təmiri Zavodunun tikintisini başa çatdırmaq məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə 10 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.ans press

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler