» » İyulda ilk kommersiya qazı Türkiyəyə çatdırılacaq

İyulda ilk kommersiya qazı Türkiyəyə çatdırılacaq

Bölmə: İqtisadiyyat
İyulda ilk kommersiya qazı Türkiyəyə çatdırılacaqBu ilin iyul ayının əvvəlində Türkiyəyə Trans-Anadolu Boru Kəməri (TANAP) ilə ilk kommersiya qazı çatdırılacaq.

Xalqinfo.az xəbər verir ki, bunu SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov “Reuters” agentliyinə bildirib.

O qeyd edib ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi (TAP) vaxtında, 2020-ci ildə istismara veriləcək.

V.Bəylərbəyov konsorsiumun layihə üçün maliyyə axtarmağa davam edəcəyini də söyləyib.

Məlum olub ki, Azərbaycanda “Abşeron”, “Ümid” və “Babək” yataqları işləndikcə Cənub Qaz Dəhlizi genişləndirilə bilər:

“Bu il SOCAR və “Statoil” arasında “Qarabağ” yatağı ilə bağlı saziş imzalana bilər. Bir çox xarici şirkət Xəzərin Azərbaycan sektorunda yerləşən “Ümid-Babək” blokunun Dövlət Neft Şirkəti (SOCAR) ilə birgə işlənməsinə maraq göstərir və həmin şirkətlərlə danışıqlar aparılır”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler