» » “Biz elə bir sistem quracağıq ki...” –

“Biz elə bir sistem quracağıq ki...” – Prezident rəqəmlər açıqlandı

Bölmə: İqtisadiyyat, BLOK XƏBƏR
“Biz elə bir sistem quracağıq ki...” –“Biz Avropanın enerji xəritəsini tamamilə dəyişəcək “Cənub” qaz dəhlizi layihəsini həyata keçiririk. Bu gün Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü iqtisadiyyata malik ölkədir. Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz regionunun iqtisadiyyatında 75 faizdən artıq paya malikdir”.

Xalqinfo.az aznews.az-a istinadən bildirir ki, ölkə başçısı enerji amili, üstəgəl islahatlar və enerji ehtiyatlarının satışından əldə etdiyimiz aktivlərin insan kapitalına investisiya qismində yatırılmasının iqtisadiyyatımızı şaxələndirmək imkanının verdiyini qeyd edib:
“Bu gün biz enerjidən heç vaxt olmadığı kimi az asılıyıq və ümumi daxili məhsulun 50 faizdən çoxu qeyri-neft sektorunda istehsal edilir. Xarici borcumuz ümumi daxili məhsulun 8 faizini təşkil edir. Biz işsizliyin və yoxsulluğun çox aşağı səviyyəyə - 5 faizə qədər azaldılmasına nail olmuşuq. Macarıstan və Azərbaycan arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannaməni imzalandı. Bu gün Macarıstan və Azərbaycan artıq strateji tərəfdaşlardır. Belə münasibətlər və sənədlər Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək potensial sazişin əsasını təşkil etməlidir. Bizim Avropa İttifaqı ilə münasibətlərimiz praqmatik yanaşmaya əsaslanmalıdır. Biz bir-birimizə nə verə bilərik, qarşılıqlı maraq təşkil edən sahələr hansılardır, regionumuzda bir-birimizlə qarşılıqlı əlaqədə necə olacağıq, hansı çağırışlar var? Azərbaycan artıq öz investisiyaları ilə Avropa bazarına daxil olur. Biz indi təkcə Azərbaycana yox, həm də xaricə sərmayələr yatıraraq investisiya portfelimizi şaxələndiririk. Azərbaycan artıq Avropa İttifaqının bəzi üzv ölkələrinə yüz milyonlarla avro məbləğində investisiya yatırmışdır. Bu proses davam edəcəkdir. Biz Avropanın enerji xəritəsini tamamilə dəyişəcək “Cənub” qaz dəhlizi layihəsini həyata keçiririk. Bizim təsdiq olunmuş minimum qaz ehtiyatlarımız 2,5 trilyon kubmetr səviyyəsindədir və daha da çox olacaq. “Cənub” qaz dəhlizi layihəsi Azərbaycana bir çox Avropa ölkələri ilə əlaqələr yaratmağa və yeni müasir paylayıcı sistemin qurulmasına imkan verəcək. Biz elə bir paylayıcı sistem quracağıq ki, onun vasitəsilə 50 milyard kubmetrə qədər qaz nəql etmək mümkün olacaq”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler