» » İşsizlikdən Sığorta Fonduna 89 milyon manat xərclənəck

İşsizlikdən Sığorta Fonduna 89 milyon manat xərclənəck

Bölmə: İqtisadiyyat
İşsizlikdən Sığorta Fonduna 89 milyon manat xərclənəck2018-ci il üçün İşsizlikdən Sığorta Fondunun işəgötürən və işçi arasında paritet bölgü əsasında əməkhaqlarının bir faizi hesabı ilə müəyyənləşdirilən sığorta haqlarından formalaşan büdcə gəlirləri 89 milyon manat məbləğində, o cümlədən büdcə sektoru üzrə 35,4 milyon manat, qeyri-büdcə sektoru üzrə 53,6 milyon manat məbləğində proqnozlaşdırılır.

Xalqinfo.az bildirir ki, cari ildə İşsizlikdən Sığorta Fondunun 89 milyon manat məbləğində nəzərdə tutulan xərclərinin 37,6 faizini və ya 33,5 milyon manatını işsizliyə görə sığorta ödənişləri təşkil edəcək ki, bu da həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaitin həcmindən 1,9 dəfə çoxdur.

Xərclərin 40,2 faizi və ya 35,8 milyon manatı həcmində proqnozlaşdırılan özünüməşğulluq tədbirləri hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən müvafiq sosial proqramın əhəmiyyətli şəkildə genişləndirilməsinə və il ərzində əlavə olaraq səkkiz minə yaxın ailənin bu proqramla əhatə edilməsinə şərait yaradacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler