» » "Bütün region ölkələrində ən çox bank sektoru zərər çəkib" - Samir Şərifov

"Bütün region ölkələrində ən çox bank sektoru zərər çəkib" - Samir Şərifov

Bölmə: İqtisadiyyat, BLOK XƏBƏR, MANŞET
"Bütün region ölkələrində ən çox bank sektoru zərər çəkib" - Samir Şərifov“Xarici şokların iqtisadiyyata mənfi təsirlərindən təkcə Azərbaycanda deyil, bütün region ölkələrində ən çox bank sektoru zərər çəkib”.

Xalqinfo.az-ın məlumatına görə, bunu ötən gün Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir deyib ki, digər ölkələrdən fərqli olaraq, ölkədə özəl kommersiya banklarında sığortalanmış əmanətlərə 2016-cı ildə xüsusi olaraq qəbul edilmiş qanuna əsasən dövlət 100 faiz zəmanət verir.

“Bunun nəticəsində bank əmanətçilərinin mütləq əksəriyyəti zərərlərdən tam qorunub. Bu əsasda bank sektorunda sağlamlaşdırma tədbirləri nəticəsində fəaliyyəti dayandırılmış bir sıra banklarda qorunan əmanətlərin qaytarılması məqsədilə dövlət büdcəsindən Əmanətlərin Sığortalanması Fonduna 545 milyon manat məbləğində vəsait köçürülüb”, - deyə nazir vurğulayıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler