» » “Şahdəniz-2” layihəsinin icrası 99 faizə çatıb

“Şahdəniz-2” layihəsinin icrası 99 faizə çatıb

Bölmə: İqtisadiyyat
“Şahdəniz-2” layihəsinin icrası 99 faizə çatıb“Azəri-Çıraq-Günəşli neft yataqları üzrə müqavilənin 2050-ci ilə kimi uzadılması böyük əhəmiyyət daşıyır”.

Xalqinfo.az-ın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Dövlət başçısı bildirib ki, Cənub Qaz Dəhlizinin icrası uğurla təmin edilir:

“Şahdəniz-2” layihəsinin icrası 99 faizə çatıb, Cənubi Qafqaz Qaz Kəməri 93 faiz, TANAP layihəsi 90 faiz icra edilib. TAP layihəsi ilə bağlı işlər cədvəl üzrə gedir. Açılışı ötən il olan Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirib. Artıq bir neçə ölkə bu layihəyə qoşulmaqla bağlı müraciət edib. Şimal-Cənub Nəqliyyat Dəhlizinin icrası istiqamətində də önəmli addımlar atılıb, İran sərhədinə qədər dəmir yolunun tikintisi təmin edilib”.

Dövlət başçısı deyib ki, 2018-ci il TANAP layihəsinin icrası, Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyəti üçün önəmli il olacaq:

“Bu il ölkədə iki min km-dən çox avtomobil yolu çəkiləcək. Bölgələrdə qazlaşdırma işlərinin 95 faizə çatdırılması nəzərdə tutulub. 100 min hektardan çox yeni sahənin su təminatı təşkil ediləcək”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler