» » Bakı-Tbilisi-Qars vasitəsilə yükdaşımalara start verildi

Bakı-Tbilisi-Qars vasitəsilə yükdaşımalara start verildi

Bölmə: İqtisadiyyat
Bakı-Tbilisi-Qars vasitəsilə yükdaşımalara start verildi“ADY Express” şirkəti yeni istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yükdaşımalara başlayıb.

Trend-in məlumatına görə, artıq Azərbaycanla Türkiyə arasında yükdaşımalara dair tariflər müəyyən edilib. Yük sahibləri və yükgöndərənlər həmin qiymətlərlə tanış olub sifarişlərini edə bilərlər:

Qiymətlər cədvəlində hər iki ölkənin əsas şəhərləri arasında tariflər göstərilsə də, “ADY Express” şirkəti “qapıdan-qapıya” yükdaşımaları xidməti təqdim etdiyindən, Azərbaycanla Türkiyə arasında yüklərin nəqlini bütün şəhərlərdən həyata keçirmək mümkündür.

Qeyd edək ki, cədvəldə göstərilən qiymətlər hər iki istiqamətdə eynidir və tariflərə konteynerlərin ayrılması daxil deyil.

Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə yüklərin nəql edilməsinə dair yük sahiblərinə əlavə informasiya və ya məsləhətlər lazım olan təqdirdə, “ADY Express” şirkətinin əməkdaşları ilə əlaqə yaratmağı xahiş olunur.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler