» » 2018-ci ildə manatın məzənnəsi necə formalaşacaq? -

2018-ci ildə manatın məzənnəsi necə formalaşacaq? - Şərh

Bölmə: İqtisadiyyat
2018-ci ildə manatın məzənnəsi necə formalaşacaq? - Noyabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 manata (ilin əvvəlindən 1,72 manata) bərabər olub.

Xalqinfo.az xəbər verir ki, hazırda hər kəsi maraqlandıran sual 2018-ci ildə manatın məzənnəsinin necə formalaşacağıdır.

Qeyd edək ki, bu ilin yanvar və fevral ayının birinci yarısında bahalaşan ABŞ dolları fevral ayının ikinci yarısından etibarən nisbətən ucuzlamağa başlayıb. 2016-cı ilin sonuna ABŞ dollarının manata qarşı məzənnəsi 1.7707 AZN səviyyəsində olmuşdusa, 01.02.17 tarixində özünün dövr üzrə maksimum həddinə - 1.9200 AZN-ə qalxıb, 27.09.17 tarixində isə minimum həddinə - 1.7002 AZN-ə enib. 2017-ci ilin 9 ayının sonuna manata nəzərən ABŞ dolları ilin əvvəlindən 4% ucuzlaşıb. Doqquz ay ərzində 1 ABŞ dollarının manata qarşı orta günlük rəsmi məzənnəsi isə 1.7279 manat təşkil edib.

Dövr ərzində ikitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərib. Belə ki, manatın qeyri-neft sektoru üzrə ümumi ticarət çəkili real effektiv məzənnəsi 0.5% bahalaşıb.

2017-ci ildə keçirilən valyuta hərraclarının nəticələri də göstərdi ki, Mərkəzi Bank milli valyutanın daha da möhkəmlənməsində deyil, mövcud məzənnəsinin qorunub-saxlanmasında maraqlıdır. Bəzi hərraclarda satışa çıxarılan dolların yarıdan çoxunun satılmamamasına baxmayaraq, Mərkəzi Bankın rəsmi məzənnəni, demək olar, dəyişməməsi də məhz bu istəkdən xəbər verir.

2018-ci ildə manatın məzənnəsi necə formalaşacaq?

İqtisadçı-ekspert Qubad İbadoğlu bildirir ki, Azərbaycan manatının məzənnəsində sabitlik birbaşa neft gəlirlərindən asılıdır. Bu il ərzində dünya bazarında 1 barel Brend markalı xam neftin orta qiymətinin ötən illə müqayisədə 10 dollardan çox bahalaşması manatın ABŞ dollarına nəzərən kusunun tənzimlənməsində Mərkəzi Banka əhəmiyyətli dəstək oldu: "Əgər növbəti illərdə dünya bazarında neftin qiyməti kəskin ucuzlaşarsa (yeri gəlmişkən, bu istiqamətdə proqnozlar getdikcə artır), onda azalan valyuta gəlirləinin birbaşa və dolayı təsirlərindən qaynaqlanan faktorların, eləcə də, dövlətin və şirkətlərin xarici kreditorlar qarşısında öhdəliklərinin gələn ildən daha da çoxalmasının təsiri ilə milli valyutanın sabitliyi pozulacaq və onun məzənnəsi orta müddətli dövrdə 2 manatı da ötəcək. Sadəcə olaraq, bu, zamana və neftin dünya bazar qiymətlərinə bağlı olan məsələdir. Əgər əksinə, dünya bazarında neft indiki səviyyədə və ya ondan baha olarsa, onda 2018-ci ildə manatın dollara nisbətən orta illik məzənnəsi 1,75 həddində qərarlaşa bilər".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler