» » SOCAR bu il neft hasilatını 2% azaldıb

SOCAR bu il neft hasilatını 2% azaldıb

Bölmə: İqtisadiyyat
SOCAR bu il neft hasilatını 2% azaldıb
Bu ilin yanvar-noyabr aylarında SOCAR 6 mln. 802,3 min ton neft hasil edib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 1,91% azdır.

Xalqinfo.az APA-ya istinadən xəbər verir ki, bu ilin noyabr ayında dövlət şirkəti tərəfindən 604 min ton neft hasil olunub ki, bu da ötən ilin müvafiq ayı ilə müqayisədə 2,26% azalma deməkdir. Cari ilin oktyabr ayı ilə müqayisədə isə ötən ay neft hasilatı 2,42% azalıb.

2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda neft hasilatının ümumi həcmi 35 mln. 326 min ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,34% azalmadan xəbər verir.

Yalnız ötən ay Azərbaycan üzrə hasilat 3 mln. 174,3 min ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,87% çoxdur. Oktyabr ayı ilə müqayisədə isə noyabrda neft hasilatı 4,7% azalıb.

2016-cı ildə SOCAR üzrə neft hasilatı 7 mln. 521 min ton olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler