» » Ağ Şəhər təhvil verilir

Ağ Şəhər təhvil verilir

Bölmə: İqtisadiyyat
Ağ Şəhər təhvil verilir2017-ci ildə Bakı Ağ Şəhərdə böyük həcmdə tikinti, quraşdırma və abadlıq işləri görülüb, neft tullantıları ilə çirklənmiş sahələrin təmizlənməsi yekunlaşıb.

Xalqinfo.az xəbər verir ki, bu barədə Fins.az-a “Bakı Ağ Şəhər” layihəsinin mətbuat xidmətindən açıqlama verilib. Məlumata əsasən, hazırda Ağ Şəhərin ərazisinə görə ən böyük olan Babək məhəlləsinin qərb hissəsində tikinti işləri başa çatır. Burada layihələndirilmiş 7 mərtəbəli klassik üslublu “Paris evləri”nin tikintisi tamamlanıb və hazırda abadlıq-quruculuq və yaşıllaşdırma işləri yekunlaşır.

Bakının iki əsas prospektini - Babək və Nobel prospektlərini və Mərkəzi Bulvar küçəsini birləşdirəcək, Ağ Şəhər bulvarına qədər uzanan Xəqani Rüstəmov küçəsinin yenidən qurulması işləri tamamlanıb. Ağ Şəhərin əhəmiyyətli küçələrindən sayılan Süleyman Vəzirov və layihənin mərkəzindən keçən Mərkəzi Bulvar küçələri də əsaslı şəkildə yenidən qurulur.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler