» » Azərbaycanda ərzaq malları bahalaşıb -

Azərbaycanda ərzaq malları bahalaşıb - RƏSMİ AÇIQLAMA

Bölmə: İqtisadiyyat
Azərbaycanda ərzaq malları bahalaşıb -Xalqinfo.az modern.az saytına istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsi 2014-cü ilin oktyabr ayında baş vermiş qiymət diyişikliyini açıqlayıb.
Rəsmi məlumata görə, 2014-cü ilin oktyabr ayında ərzaq məhsullarının qiymətləri 0,6 faiz bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,3 faiz bahalaşıb.

Ay ərzində yumru düyünün, brınza pendirinin, almanın, armudun, narın, kələmin, göyərtinin, göy lobyanın, şirin bibərin, baş soğanın, şəkərin və müxtəlif içli şokoladlı konfetlərin qiymətlərində ucuzlaşma, buğda ununun, manna yarmasının, peçenyenin, toyuq və əlavə toyuq məhsullarının, balıq məhsullarının, quru südün, yumurtanın, günəbaxan yağının, mərcinin və şəkər tozunun qiymətlərində isə bahalaşma müşahidə olunub.

Oktyabr ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,6 faiz, o cümlədən birillik və çoxillik bitkilərin istehsalçı qiymətləri uyğun olaraq 3 və 3,1 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 2,2 faiz bahalaşıb.
Birillik bitkilərdən yaşıl lobyanın istehsalçı qiymətləri 15,2 faiz, xiyarın 0,6 faiz, yerkökünün istehsalçı qiymətləri 0,5 faiz ucuzlaşmış, buğdanın istehsalçı qiymətləri 4,1 faiz, arpanın 0,2 faiz, kartofun 0,7 faiz, kələmin 0,2 faiz, bibərin 0,9 faiz, göyərtinin 3,0 faiz, badımcanın 32,6 faiz, pomidorun 8,5 faiz, balqabağın 12,5 faiz, baş sarımsağın 8,4 faiz, baş soğanın istehsalçı qiymətləri isə 1,0 faiz bahalaşıb.

Çoxillik bitkilərdən üzümün istehsalçı qiymətləri 7,6 faiz, xurmanın 1,1 faiz, narın istehsalçı qiymətləri 20,5 faiz bahalaşıb, limonun istehsalçı qiymətləri 0,4 faiz, almanın 9,4 faiz, armudun 4,1 faiz, zoğalın istehsalçı qiymətləri 9,4 faiz ucuzlaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından mal və qoyun ətinin (diri çəkidə) istehsalçı qiymətləri müvafiq olaraq 1,2 və 0,7 faiz, təbii balın istehsalçı qiymətləri 1,9 faiz ucuzlaşıb, südün istehsalçı qiymətləri 2,8 faiz, yumurtanın 8,1 faiz, quş ətinin (diri çəkidə) 8,8 faiz, inəyin istehsalçı qiymətləri isə 3,7 faiz bahalaşıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler