» » Azərbaycan Gürcüstana nə qədər sərmayə yatırıb?

Azərbaycan Gürcüstana nə qədər sərmayə yatırıb?

Bölmə: İqtisadiyyat
Azərbaycan Gürcüstana nə qədər sərmayə yatırıb?Azərbaycan cari ilin 9 ayında Gürcüstan iqtisadiyyatına 378,3 milyon dollar sərmayə qoyub.

Xalqinfo.az xəbər verir ki, bu göstərici ilə Azərbaycan Gürcüstana sərmayə qoyan xarici ölkələr sırasında liderdir.

Gürcüstanın Milli Statistika İdarəsinin məlumatında deyilir ki, Azərbaycanın yatırdığı investisiyaların həcmi Gürcüstan iqtisadiyyatına qoyulmuş xarici sərmayənin ümumi həcminin 25,9 faizini təşkil edib. Təkcə cari ilin üçüncü rübündə Azərbaycan Gürcüstana 154,1 milyon dollar investisiya yatırıb.

Cari ilin üç rübündə qonşu ölkənin iqtisadiyyatına ümumilikdə 1 milyard 346,5 milyon dollar xarici investisiya qoyulub.

Gürcüstana ən çox investisiya yatırmış ölkələr sırasında ikinci yerdə 259,2 milyon dollarla Türkiyə, üçüncü yerdə isə 175 milyon dollarla Böyük Britaniya dayanır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler