» » "Xəzər Dəniz Gəmiçiliyi" Hesablama Palatasının hesabatını təkzib etdi

"Xəzər Dəniz Gəmiçiliyi" Hesablama Palatasının hesabatını təkzib etdi

Bölmə: İqtisadiyyat
"Xəzər Dəniz Gəmiçiliyi" Hesablama Palatasının hesabatını təkzib etdi
“Azərbaycan Xəzər-Dəniz Gəmiçiliyi” QSC-nin fəaliyyətə başladığı gündən Dövlət Sosial Müdafiə Fonduna (DSMF) yaranan borcu cari ayda əvvəlcədən ödənilib və heç vaxt ödəniş vaxtı keçmiş borcu olmayıb.

Xalqinfo.az APA-ya istinadən xəbər verir ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin mətbuat katibi Mehman Mehdiyev hazırda da DSMF-yə borcu olmadıqlarını deyib.

M. Mehdiyev bildirib ki, təkcə bu il "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC tərəfindən DSMF-yə 24,7 mln. manat ödəniş həyata keçirilib.

“DSMF-nin “AXDG” QSC-ni məhkəməyə verməsinə gəlincə, bildirək ki, Fond Gəmiçiliyin tabeliyində olmuş “Dənizçi” kənd təsərrüfatı müəssisəsi ilə bağlı 2015-ci ilin aprelində Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırıb. Qeyd olunan müəssisə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 iyul 2016-cı il tarixli 447S nömrəli sərəncamı ilə aqrar islahatlarının aparılması məqsədilə “AXDG” QSC-nin tabeliyindən çıxarılıb”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Hesablama Palatasının məlumatına görə, 2017-ci ilin I yarısı ərzində 742 sığortaedən üzrə 22,89 mln. manat və ya ilin əvvəlinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) olan borcun 7,1%-i qədər borcun ödənişinin təmin edilməsi üçün məhkəmə orqanlarına iddia ərizələri göndərilib. DSMF-nin borcun ödənişi ilə bağlı 4 iddiasından biri "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə qarşı olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler