» » Bankların maliyyə durumu açıqlandı

Bankların maliyyə durumu açıqlandı

Bölmə: İqtisadiyyat
Bankların maliyyə durumu açıqlandıAzərbaycanda fəaliyyət göstərən bankların 31 oktyabr 2017-ci il tarixinə cəmi aktivləri 26,311.6 mln. manat, cəmi öhdəlikləri isə 23,216.6 mln. manat təşkil edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasından daxil olan xəbərə görə, sektorun balans kapitalı 3,095 mln. manat, əhalinin əmanətləri isə sentyabr ayı ilə müqayisədə 3.6% (250.7 mln. manat) artaraq 7,250.2 mln. manat olub. Qeyd edək ki, 30.09.2017-ci il tarixə əhalinin əmanətlərin 6,999.5 mln. manat təşkil edib.

Fəaliyyət göstərən 31 bankın filiallarının sayı 556, şöbələrinin sayı 142, ATM-lərin sayı 2,491 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,470 nəfər təşkil edib.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler