» » Neftin ucuzlaşmasından gündə 10 milyon itiririk

Neftin ucuzlaşmasından gündə 10 milyon itiririk

Bölmə: İqtisadiyyat
Neftin ucuzlaşmasından gündə 10 milyon itiririkDünya bazarında çaxnaşma: neft və qızıl bir gündə dəyərini kəskin şəkildə itirdi

Azərbaycan gələn il manatın kursunu saxlamaq üçün çox valyuta xərcləməyə məcbur olacaq

Bir gün ərzində dünya birjalarında neftin və qiymətli metalların kəskin ucuzlaşması investorları ciddi narahat edir. Dünən ABŞ birjasında WTI markalı neftin qiyməti 2,11 faiz ucuzlaşaraq 77 dollara, London birjalarında isə "Brent" markalı neft 2,3 faiz ucuzlaşaraq 83 dollara qədər düşmüşdü.

ABŞ-ın dollar çapının dayandırılması barədə qərarından sonra bu, son iki həftə ilə müqayisədə ən kəskin ucuzlaşma hesab edilir. Eyni vəziyyət qızıl və gümüş ətrafında da hökm sürür. Qızılın bir ünsiyasının qiyməti gün ərzində 1170 dollardan 1165 dollara qədər düşüb. Proqnozlara görə, ilin sonuna kimi neftin, qiymətli metalların, həmçinin dollara nisbətdə digər valyutaların dəyəri aşağı düşəcək.

Lakin analitiklər birjalarda yaranan dünənki çaxnaşmanı Səudiyyə Ərəbistanın sürpriz qərarı ilə əlaqələndirirlər. Belə ki, Səudiyyə Ərəbistanı Asiyaya satdığı neftin qiymətini qaldırıb, ABŞ-a satdığı xam malın qiymətini aşağı salınca "qara qızıl" kəskin ucuzlaşıb. Nəticədə bir sutkada ABŞ birjalarında neftin qiyməti 80 dollardan 77 dollara qədər enib. Artıq ekspertlər həm dolların bahalaşması, həm də Səudiyyə Ərəbistanın yeni qiymət qaydalarına keçməsinin qarşıdakı aylarda neftə öz təsirini göstərəcəyini düşünürlər.

Neftin ucuzlaşması nəticəsində dolların güclənməsi investorları hansı addımların atılmasının gərəkliyi barədə düşündürür.

Qeyd edək ki, 2008-ci ilin maliyyə böhranında neftin qiyməti 40 dollara qədər düşmüşdü. O zaman investorlar arasında qızıla qarşı güvənlilik artmışdı. Nəticədə qızıla qarşı tələbatın artması bu metalın dəyərini 1920 dollara qədər yüksəltmişdi. İndi isə fərqli situasiya yaranıb. ABŞ iqtisadiyyatının bərpa dövrünə keçməsi dolları bazarda güclü rəqibə çevirib. Beynəlxalq analitiklərin proqnozlarına görə son 3 ildə qızıla edilən yatırımlar zərərə məruz qalır. Hesablamalara görə, 2011-ci ilin sentyabr ayından bu günə kimi qızıla sərmayə edənlər 39 faiz itki ilə çıxıb. Artıq böyük kompaniyalar milyon dollarlıq portfellərini Amerikanın qiymətli kağızlar bazarına etibar etməyi üstün bilirlər. Lakin qızıl bazarında tariflərin düşməsinin uzun müddətli olmayacağı gözlənilir. Əlbəttə, nə qədər yüksəlsə də, 2011-ci ildəki həddi yaxın bir neçə ildə təkrarlanmayacağı proqnozlaşdırılır. O zaman dollar və neft ətrafında baş verən proseslər, ABŞ-ın dolların aylıq çapının 80 milyon dollara qədər yüksəltməsi mərkəzi banklar üçün ciddi inflyasiya təzyiqi yaratmışdı. Bu zaman inflyasiyadan qorunmaq üçün ən etibarlı yatırım qızıl görünürdü.

Analitiklər hesab edir ki, hazırda dolların güclənməsi fonunda qızıl qısa müddət üçün 1050-1000 dollara qədər düşə bilər. Çünki ABŞ-ın qiymətli kağızlarına marağın artması, qiymətli metalın dəyərsizləşməsinə gətirib çıxarır. Artıq bundan sonra neftin və qiymətli metalların, həmçinin dolların məzənnəsi ABŞ Federal Ehtiyatlar Sisteminin qərarlarından asılı olacaq.

Lakin bir sıra ekspertlərə görə, qara qızıl 1050 dollara qədər düşərsə, o zaman bu metala qoyulan yatırımlar sonrakı illərdə qazanc gətirə bilər. Çünki 2015-ci ilin ikinci yarısından sonra onun bir ünsiyasının nisbətən bahalaşacağı, hətta gələn ilin sonuna qədər 1300 dollara qədər yüksələcəyi proqnozlaşdırılır. Amma hər bir halda qiymətli metallara uzunmüddətli yatırımların edilməsini məqsədəuyğun hesab etmirlər.

Əlbəttə, dünya birjalarından gələn xəbərlər Azərbaycan üçün ürəkaçan deyil. Neft ölkəsi olaraq gəlirlərimiz azalacaq. Gələn ilin büdcəsində "qara qızıl"ın barelinin 90 dollardan götürülməsi xərclər və gəlirlərlə bağlı proqnozlarda problemlər yaradacağı qaçılmazdır. Hökumət büdcə kəsirini örtmək üçün valyuta ehtiyatlarından istifadə etməyə məcbur olacaq. Bunun üzərinə manatın kursunu sabit saxlamaq üçün xərclənən dolları, həmçinin ehtiyatlardakı qızılın qiymət fərqindən yarana biləcək zərəri hesabladıqda, o zaman qarşıdakı illərdə rezervlərimizdə azalmaların olacağını deyə bilərik.

İqtisadçı-ekspert Qubad İbadoğlu Facebook-da paylaşdığı statusda bildirir ki, son 3 ay ərzində "Brent" markalı xam neftin hər barelinin dünya bazar qiyməti 24 faiz ucuzlaşıb: "Hesablamalar göstərir ki, neftin qiymətinin 110 dollardan 84 dollaradək ucuzlaşmasından Azərbaycan gündə 10 milyon dollar, ayda 300 milyon dollar, ildə 3,6 milyard dollar vəsait itirir. Digər hesablamalara görə, Azərbaycan neftinin hər barelinin qiymətinin 1 dollar ucuzlaşması il ərzində 138 milyon dollar vəsaitin itirilməsi deməkdir".(bizimyol)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler