» » "Ağıllı şəhər" layihəsi üçün İspaniya şirkəti ilə əməkdaşlıq ediləcək

"Ağıllı şəhər" layihəsi üçün İspaniya şirkəti ilə əməkdaşlıq ediləcək

Bölmə: İqtisadiyyat
"Ağıllı şəhər" layihəsi üçün İspaniya şirkəti ilə əməkdaşlıq ediləcək
Bakıda keçirilən “Bakutel-2017” Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzi ilə İspaniyanın “Cibernos” şirkəti arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Xalqinfo.az xəbər verir ki, İKT sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsini ehtiva edən müqavilədə "Ağıllı şəhər", "Əşyaların interneti" kimi layihələr üzrə təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub.

Qeyd edək ki, 50 illik təcrübəyə sahib “Cibernos” Avropanın ən böyük texnologiya şirkətlərindəndir. Şirkət bir sıra Avropa ölkələrinə öz elektron həllərini təklif edir.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler