» » Azercell-in eksklüziv təklifləri “Bakutel 2017” sərgisində

Azercell-in eksklüziv təklifləri “Bakutel 2017” sərgisində

Bölmə: İqtisadiyyat
Azercell-in eksklüziv təklifləri “Bakutel 2017” sərgisindəHər ilin sonunda regionun və dünyanın ən son texnoloji yenilikləri BAKI EKSPO mərkəzində keçirilən Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisində təqdim olunur. “Bakutel 2017” çərçivəsində həm biznes, həm də asudə üçün faydalı olan mobil rabitə və telekommunikasiya sahəsinin ən innovativ layihələri isə Azercell-in stendində sərgilənir. Artıq illərin adətinə çevrilmiş bu ənənə 23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransında da davam edir. Azercell Telekom MMC bu il “Bakutel” –in nəinki əsas iştirakçılarından biri, həmçinin, Baş Sponsorudur.

Budəfəki “Bakutel” sərgisində Azercell öz yeni biznes həllini tam gücü ilə müştərilərin ixtiyarına verir. Belə ki, ölkəmizdə ilk dəfə tətbiq olunan “Virtual ATS” həlli ilə şirkətlər rabitənin yeni səviyyəsindən yararlanacaqlar.

Azercell-in stendində ən maraqlı bölmələrdən biri son nəsil texnologiyaların nümayiş olunduğu sahədir. Burada telefonla “Bulud” texnologiyaları üzərindən idarə olunan robot ziyarətçilərin xüsusi marağına səbəb olur. Belə ki, onlar təkərlərin üzərindəki kiçik robotun asanlıqla tarazlığını saxlaya bildiyinin şahidi olurlar. “Smart parking” adlı digər bir texnologiya isə küçədəki kameraların köməyilə maşın üçün parklama yerinin axtarılıb tapılmasına yardım edir.

“Texnologiya” bölməsində sərgilənən kiçik bir kubun – “Connected cube” köməyilə ağıllı idarəetmənin şahidi olmaq mümkündür. Ziyarətçilər kubun kənarındankı QR kodlarını telefonda skanerdən keçirməklə, həmin yerdəki temperaturu, rütubətliliyi ölçən cihazlara qoşulur, heç bir proqram yükləmədən asanlıqla bu göstəricilərin qeyd olunduğu portala keçmiş olurlar.

Kibertəhlükəsizlik və internetdən təhlükəsiz istifadə son illər cəmiyyət üçün ən aktual məsələlərdən birinə çevrilib. Mobil kommunikasiyada təhlükəsizliklə bağlı problemləri həll edən “Azercell Plus Təhlükəsizlik” xidməti ilə şirkətin stendində ətraflı tanış olmaq olar.

Azercell musiqisevər abunəçilərini də unutmayıb. Sərgidə təqdim olunan "Azercell Plus Musiqi" xidməti hər kəsə sevimli musiqi parçalarını, müxtəlif melodiya və mahnılarını istənilən vaxt və istənilən yerdə dinləmək imkanı verir. Bu xidmətlə 28 milyondan artıq musiqi parçasını telefonda toplamaq mümkündür.

“Bakutel 2017” sərgisinin keçdiyi dörd gün ərzində Azercell stendinin ən aktiv və şən guşəsi olan əyləncə zonası ziyarətçiləri üçün xoş sürpriz, hədiyyələr qazandıran müsabiqə və viktorinalarla zəngin olacaq. Odur ki, hamını Azercell stendini ziyarət etməyə və buradakı ən son yeniliklərdən həm iş, həm də əyləncə üçün istifadə etməyə dəvət edirik.

Azercell-in eksklüziv təklifləri “Bakutel 2017” sərgisindəAzercell-in eksklüziv təklifləri “Bakutel 2017” sərgisindəAzercell-in eksklüziv təklifləri “Bakutel 2017” sərgisində

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler