» » Gələn ilin iş planı qəbul edildi

Gələn ilin iş planı qəbul edildi

Bölmə: İqtisadiyyat
Gələn ilin iş planı qəbul edildi
Baş naziri Artur Rasi-zadənin sədrliyi ilə Nazirlər Kabinetinin növbəti il üçün iş planının müzakirəsinə həsr olunmuş geniş iclası keçirilib.

“Xalqinfo” xəbər verir ki, iclasda Azərbaycan pPrezidentinin 2017-ci il 10 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni iş qaydasına əsasən, Nazirlər Kabinetinin Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş və Azərbaycan Respublikası Prezidentinin aktları ilə ona həvalə olunmuş səlahiyyətlərin icrası və digər tədbirlərin həyata keçirilməsi üçün növbəti ildə görüləcək işlərin qabaqcadan planlaşdırıldığı vurğulanıb.

Bu məqsədlə iclasda növbəti il üçün Nazirlər Kabinetinin iş planına daxil olan təkliflərə baxılaraq müzakirə edilib və Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası”nın müvafiq bəndinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il üzrə illik iş planının təsdiq edilməsi barədə qərar qəbul edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler