» » Maliyyə Bazarlarına Nəzarət Palatası ilə banklar arasında görüş keçirildi

Maliyyə Bazarlarına Nəzarət Palatası ilə banklar arasında görüş keçirildi

Bölmə: İqtisadiyyat
Maliyyə Bazarlarına Nəzarət Palatası ilə banklar arasında görüş keçirildi
Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) bankların, Milli Depozit Mərkəzinin (MDM), Bakı Fond Birjasının (BFB) və Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndələri ilə birgə görüş keçirilib.

Xalqinfo.az palataya istinadən xəbər verir ki, görüşdə bankların kapital bazarlarında birbaşa iştirak etməsi və investisiya xidmətləri həyata keçirməsi, habelə Azərbaycan Mərkəzi Bankının notları ilə bağlanan əqdlər üzrə klirinq-hesablaşmaların optimallaşdırılması ilə bağlı təqdimatlar olub.
Qeyd edilib ki, bankların investisiya şirkətinin vasitəçiliyi olmadan qiymətli kağızlar bazarında iştirak etməsi bazarın inkişafında əhəmiyyətli rol oynaya bilər.

Daha sonra mövzu ilə bağlı iştirakçıların sualları ətrafında müzakirələr aparılıb, fikirlər dinlənilib. Təqdim edilmiş mövzular üzrə işlər davam etdirilməsi qərara alınıb.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler