» » Azərbaycan Türkiyəyə bu qədər qaz satıb

Azərbaycan Türkiyəyə bu qədər qaz satıb

Bölmə: İqtisadiyyat
Azərbaycan Türkiyəyə bu qədər qaz satıb
Bu ilin sentyabr ayında Türkiyə 3,680 mlrd. kubmetr təbii qaz idxal edib.

Xalqinfo.az APA-ya istinadən xəbər verir ki, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 22,4% çoxdur. Ötən ilin sentyabrında qardaş ölkə 3,007 mlrd. kubmetr qaz alıb.

Sentyabrda idxal olunan qazın 3,232 mlrd. kubmetri boru xətləri, 448 mln. kubmetri LNG təsisatları vasitəsilə nəql olunub.

Hesabat dövründə Türkiyə Rusiyadan 2,121 mlrd. kubmetr, Azərbaycandan 519 mln. kubmetr, İrandan isə 518 mln. kubmetr qaz alıb.

Ümumilikdə, 2017-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Türkiyəyə 4 mlrd. 792,850 mln. kubmetr qaz ixrac edib.

2016-cı ildə Azərbaycan Türkiyəyə 6 mlrd. 479,87 mln. kubmetr qaz ixrac edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler