» » Ölkədə 10 ayda 375 321,6 min dollarlıq meyvə - tərəvəz ixrac olunub

Ölkədə 10 ayda 375 321,6 min dollarlıq meyvə - tərəvəz ixrac olunub

Bölmə: İqtisadiyyat
Ölkədə 10 ayda 375 321,6 min dollarlıq meyvə - tərəvəz ixrac olunub
Noyabr ayının 27-də “Fitosanitar karantin nəzarətində olan məhsullarin ənənəvi ixrac bazarlarındakı mövqelərin möhkəmləndirilməsi məqsədi ilə fitosanitariya sahəsində beynəlxalq standartlarin təmin edilməsi” mövzusunda tədbir keçirilib.

"Xalqinfo" xəbər verir ki, tədbirdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev və xidmətin əməkdaşları, FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin nümayəndələri, Azərbaycan Meyvə və tərəvəz istehsalçıları və ixracatçıları Assosiasiyasının sədr müavini Jalə Əmirbəyova və Gəncə, Qazax, Şəki, Zaqatala, Mərkəzi Aran bölgələrinin və Naxçıvan MR-nın ixracyönümlü kənd təsərrüfatı məhsullarının istehsalçıları və ixracatçıları iştirak edib.

Tədbirin əsas məqsədi sahibkarlara fitosanitar karantin nəzarətində olan məhsulların ənənəvi ixrac bazarlarındakı mövqelərinin möhkəmləndirilməsi məqsədi ilə fitosanitariya sahəsində milli və beynəlxalq qanunvericiliyin aşılanması, ixrac üçün məhsul istehsalında fitosanitar təhlükəsizlik baxımından kritik nəzarət nöqtələri, zərərli orqanizmlərlə mübarizənin təşkili, ləğvedici tədbirlər sistemi, karantin rejiminin tətbiqi, ixrac öncəsi karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışının keçirilməsinin zəruriliyi, ağac qablaşdırma materiallarına qoyulan fitosanitar tələblər (İSPM 15), həmçinin idxalçı ölkələrin fitosanitar karantin tələbləri, Azərbaycanda fitosanitar karantin nəzarətində olan məhsulların ixrac üçün sertifikatlaşdırılması sistemi, ixrac üçün yoxlamaların təhlili zəruriliyi barədə məlumatların verilməsi və bu sahədə dəstəyin göstərilməsindən ibarət olub.

Dövlət Xidmətinin rəisi Camal Quliyev qeyd edbi ki, 2017- ci ilin 10 ayı ərzində 30- dan artıq ölkəyə ümumi çəkisi 408186,9 ton olmaqla 375321,6 min ABŞ dolları dəyərində meyvə - tərəvəz məhsulları ixrac olunub. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən çəki ifadəsində 44181,2 ton və ya 54,6 %, dəyər ifadəsində isə 104479 min ABŞ dolları və ya 38,6 % çoxdur. Pomidor və kartof ixracı 50 % dən artıq, soğan və sarımsaq ixracı isə 24,2 dəfə artıb. Eyni zamanda tütün xammalının ixracı 2,1 dəfə ,pambıq məhsullarının ixracı isə 6,8 dəfə artıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler