ARDNŞ: "Mübahisəli ərazilərdə işləmirik"

Bölmə: İqtisadiyyat
ARDNŞ:"Azərbaycan Dövlət Neft Şirkəti Türkiyə tərəfi ilə Kiprin Aralıq dənizi sahillərində qaz yataqlarının kəşfiyyat işlərinin aparılması üçün heç bir anlaşma imzalamayıb".

Xalqinfo.az bildirir ki, bu barədə “APA-Economics”ə Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) bildirilib.

Məlumatda qeyd olunub ki, şirkətin bununla bağlı heç bir anlaşması yoxdur: "ARDNŞ həmin mübahisəli ərazilərdə heç vaxt işləməyib və işləməyəcək”.

Qeyd edək ki, Yunanıstanın “Simerini” qəzeti Türkiyənin ARDNŞ-lə Kiprin Aralıq dənizi sahillərində qaz yataqlarının kəşfiyyat işlərinin aparılması üçün anlaşma imzalaması barədə xəbər yayıb.

Qəzet iddia edib ki, ARDNŞ mübahisəli dəniz ərazilərində gələn ilin fevral ayından etibarən qaz yataqlarında kəşfiyyat işlərinin aparılmasına başlayacaq. Hətta bununla bağlı Aralıq dənizi sahillərində Türkiyənin “Türkiyə Petrol Ofisi” (TPAO) şirkəti ARDNŞ-in quraşdıracağı iki kəşfiyyat platformasını kirayələmək niyyətindədir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler