» » OPEC+ anlaşmasına yeni ölkələr qoşulacaq

OPEC+ anlaşmasına yeni ölkələr qoşulacaq

Bölmə: İqtisadiyyat
OPEC+ anlaşmasına yeni ölkələr qoşulacaq
OPEC+ anlaşmasında iştirak etməyən neft hasilatçısı olan 20 ölkə noyabrın 30-da Vyanada keçiriləcək sammitə dəvət alıb.

Xalqinfo.az xəbər verir ki, Report.az bu barədə "Bloomberg" agentliyinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, Argentina, Benin, Boliviya, Braziliya, Kamerun, Çad, Kolumbiya, Konqo, Misir, Qana, İndoneziya, Kot-dİvuar, Mavritaniya, Niger, Norveç, CAR, Tacikistan, Türkmənistan və Özbəkistan gələn həftə keçiriləcək sammitə dəvət olunub.

Artıq Kamerun, Niger, Norveç və Kolumbiya təklifi rədd edib. Misir və Braziliya isə iştirak etsə də, hasilatın azaldılması ilə bağlı anlaşmaya qatılmayacaq.

Xatırladaq ki, hazırda OPEC+ neft hasilatının azaldılması ilə bağlı anlaşmada OPEC-ə daxil olmayan 10 ölkə iştirak edir. Bunların arasında Azərbaycanla yanaşı, Bəhreyn, Bruney, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan və Cənubi Sudan var.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler