» » Ziyafət Əsgərov Bakı-Astara dəmir yolunun köçürülməsini istədi

Ziyafət Əsgərov Bakı-Astara dəmir yolunun köçürülməsini istədi

Bölmə: İqtisadiyyat
Ziyafət Əsgərov Bakı-Astara dəmir yolunun köçürülməsini istədi
“2018-ci ilin dövlət büdcəsi iqtisadi risklər nəzərə alınaraq tərtib olunub və təmkinli büdcədir”. Xalqinfo.az-ın məlumatına görə, bunu Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov parlamentdə büdcə müzakirələri zamanı deyib. Dövlət büdcəsini elmi tədqiqat əsəri adlandıran Z. Əsgərov bildirib ki, müxtəlif sahələri balanslaşdırmaq çox çətin olsa da, hökumət bu işin öhdəsindən gələ bilir.

Çıxışı zamanı Bakı- Astara dəmir yolunun köçürüməsi təklifi ilə çıxış edən Z.Əsgərov söyləyib ki, sözügedən dəmiryolu birbaşa dəniz sahilindən keçir və dənizə çıxışı bağlayır.

“Suyun qabarma dövründə dəmiryolunun fundamenti yuyulur və belə olan halda, dəmiryolu korlanır. Düzdür, dəmiryolu təmir olunur. Lakin bu çıxış yolu demək deyil. Bu yolun köçürülməsi dənizkənarı infrasturukturun inkişafına böyük töhfə olar, eyni zamanda dəmiryolunun sürətini artırar və daha səmərəli fəaliyyətinə təsir edə bilər. Şimal-Cənub dəhlizi bir ildən sonra istifadəyə veriləcək. Bundan sonra onun köçürülməsi çətin olacaq. Çünki yük daşımaları çoxaldıqda köçürülməsi prosesi çətinləşəcək”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler