» » On səkkiz ton pomidorda problem yaranıb? -

On səkkiz ton pomidorda problem yaranıb? - Rəsmi açıqlama

Bölmə: İqtisadiyyat
On səkkiz ton pomidorda problem yaranıb? -
Dövlət Gömrük Komitəsi Azərbaycandan Rusiya Federasiyasına ixrac edilən 18 ton pomidor məhsulunun sənədlərində problem aşkarlandığı üçün geri qaytarıldığına dair mediada yayılan məlumatlara münasibət bildirib.

DGK-dan verilən məlumata görə, son dövrlərdə Azərbaycandan Rusiyaya ixrac edilən kənd təsərrüfatı məhsullarının geri qaytarılması faktı qeydə alınmayıb, o cümlədən 18 ton pomidor məhsulunun da sənədlərində problem olduğu üçün geri qaytarılması ilə bağlı irəli sürülən iddialar əsassızdır.

Hazırda Rusiya Federasiyası ilə sərhəddə yerləşən bütün sərhəd-gömrük keçid məntəqələrindən kənd təsərrüfatı məhsulları daşıyan nəqliyyat vasitələrinin keçidi davam edir və meydana çıxan hər hansı problem operativ şəkildə həllini tapır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler