» » Paytaxtda torpağın qiyməti qalxıb

Paytaxtda torpağın qiyməti qalxıb

Bölmə: İqtisadiyyat
Paytaxtda torpağın qiyməti qalxıb
Bakıda torpaq sahələri bahalaşıb.

Xalqinfo.az Fins.az-a istinadən xəbər verir ki, bu barədə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib. O qeyd edib ki, torpaq bazarında sentyabr ayı ilə müqayisədə oktyabrda 1,61% bahalaşma müşahidə olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə torpaq sahələrinin qiyməti 4,71% artıb.

N.İbrahimov bildirib ki, bu, satışa çıxarılan torpaq sahələri üzrə portfeldə struktur dəyişiklikləri ilə bağlıdır: “Belə ki, yay aylarında şəhərətrafı kənd və qəsəbələrdə daha çox ucuz torpaqlar alınıb. Portfeldə qalanlar bahalı torpaqlardır. Dəyişən strukturla tədricən qışa doğru qiymətlərdə artım görünə bilər. Amma stabil strukturda isə qiymətlər azalır”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler