» » Fitch Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəltdi

Fitch Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəltdi

Bölmə: İqtisadiyyat
Fitch Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəltdi
Bu gün Fitch Beynəlxalq Reytinq Agentliyi Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxıb.

Xalqinfo.az "Trend"ə istinadən xəbər verir ki, bankın xarici valyutada uzunmüddətli reytinqini 4 pillə qaldıraraq B- səviyyəsinə, qısamüddətli reytinqini isə 5 pillə qaldıraraq stabil proqnozla B səviyyəsinə yüksəldib.

Agentliyin şərhində qeyd edilir ki, reytinqlərin yüksəldilməsi Azərbaycan Beynəlxalq Bankının xarici kreditorlar qarşısındakı öhdəliklərinin könüllü restrukturizasiyası prosesinin 1 sentyabr 2017-ci ildə başa çatdırılması və problemli aktivlərin bankın balansından çıxarılaraq Aqrarkreditə ötürülməsi üzrə son tədbirlərlə bağlıdır. Üçüncü rübün yekun hesabatına görə, Azərbaycan Beynəlxalq Bankının Fitch tərəfindən hesablanan birinci dərəcəli kapital adekvatlığı təxminən 11 faiz təşkil edir.

Fitch ekspertlərinin rəyinə görə, son bir il ərzində görülmüş işlər nəticəsində bankın aktivlərinin keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb və likvidlik mövqeyi möhkəmlənib.

Ölkəmizin müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler